Ölkəmizə gələnlərin sayı 32,1 faiz artıb
Sosial həyat

Ölkəmizə gələnlərin sayı 32,1 faiz artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 619,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 39,5 faiz artaraq 77,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalaraq 257,1 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,2 faizi hava, 26,5 faizi dəmiryolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir. 2023-cü ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

"Respublika".