Ötən ilin son ayında axtarışda olan 404 nəfər sərhəddə saxlanılıb
Gündəm

Ötən ilin son ayında axtarışda olan 404 nəfər sərhəddə saxlanılıb

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 404 nəfər 2023-cü ilin dekabr ayında sərhəddə saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə "Respublika"-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd olunub ki, ölkədən çıxışı qadağan olunan 419 nəfərin Azərbaycanı tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.