“Press Unity”: Azərbaycan və Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
Diaspora

“Press Unity”: Azərbaycan və Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

“Press Unity” yazır ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. Bu proses Ermənistanda müxtəlif yerlərdə kütləvi etirazlara səbəb olub, insanlar yolları bağlayıb, polis əməkdaşları ilə toqquşma yaşanıb. Təkcə İrəvanda bu gün 70 nəfər saxlanılıb. Qeyd edək ki, regionlarda saxlanılanlar arasında Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu, parlamentin deputatı Levon Köçəryan da var.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.