“İnterfaks”: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
Diaspora

“İnterfaks”: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb

“İnterfaks” yazır ki, Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. Qeyd olunur ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün yaydığı məlumatda bildirilib. Xatırladaq ki, 2024-cü il aprelin 19-da iki ölkənin sərhədində Azərbaycan Baş nazirinin müavini Ş.Mustafayev və Ermənistan baş nazirinin müavini M.Qriqoryanın həmsədrliyi ilə sərhədin müəyyən edilməsi komissiyasının 8-ci iclası keçirilib. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.