Qəbələdə 69 milyon manatlıq məhsul istehsal olunub
Region

Qəbələdə 69 milyon manatlıq məhsul istehsal olunub

Cari ilin yanvar-iyul aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələrində faktiki qiymətlərlə 69 milyon 84 min manatlıq məhsul istehsal olunub.

Rayon Statistika İdarəsi tərəfindən verilən məlumata əsasən bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 milyon 433,5 min manat və ya 24,1 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 12,1 faizi dövlət, 87,9 faizi qeyri-dövlət sektorunun payına düşür.

Qəbələ rayonunun sənayesi əsasən, mədənçıxarma, qida məhsulları və tikinti materiallarının istehsalı, elektrik enerjisi və qazın bölüşdürülməsi təchizatı, suyun təmizlənməsi və paylanması, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. Ötən müddət ərzində rayonda istehsal olunan sənaye məhsulunun 84,8 faizi emal sektoru tərəfindən əldə olunmuşdur.

Cari ilin yanvar-iyul aylarında rayonda 8 milyon 482,6 min manatlıq sənaye məhsulu ixrac olunub.

M.QULUYEV,

"Respublika".