Qədim diyarımız KƏLBƏCƏR güllə atılmadan qaytarıldı
Digər xəbərlər

Qədim diyarımız KƏLBƏCƏR güllə atılmadan qaytarıldı

1991-ci il  oktyabrın 18- Azərbaycan müstəqilliyini bərpa etsə faktiki olaraq ölkənin bir hissəsinin itirilməsi ilə üz-üzə qalmışdı. Postsovet məkanının ən qaynar nöqtəsi olan Qarabağda ermənilərin aktivləşməsi bu ərazilərdə ikinci erməni dövləti yaratmaq istəyi yaxud da Qarabağı Ermənistana birləşdirmək cəhdləri reallaşmağa doğru gedirdi. Azərbaycan rəhbərləri isə bütün bu problemlərin içində sahibsiz qalan Qarabağ əhalisinə yardım etmək ölkə sərhədlərini qorumaq əvəzinə, hakimiyyət davası aparır, "kreslo" uğrunda çəkişmələr səngimirdi. 1992-ci ildə hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü dövründə Qarabağın şəhər rayonları ard-arda işğal olundu.

Laçının işğal olunması ilə Qarabağa dəhlizin açılması ermənilərin işini xeyli yüngülləşdirmişdi. Artıq bu dəhliz vasitəsilə Ermənistan  Qarabağın dağlıq hissəsinə silah-sursat, hərbi texnika əsgərlərini rahatca göndərə bilirdi. Ermənistanla digər həmsərhəd  rayonumuz olan Kəlbəcərin zəbt edilməsi erməni ordusunun qarşısında duran əsas vəzifələrdən biri olubOnlar rayonu işğal etmək üçün uzun illər hücumlar təşkil edirdi. Strateji cəhətdən Qarabağ üçün xüsusi önəm kəsb edən Kəlbəcər uğrunda 5 ilə yaxın döyüşlər getmişdir. Laçın rayonu ələ keçirildikdən sonra üç tərəfdən mühasirəyə alınan Kəlbəcər müqavimət göstərə bilmədi 1993- il aprelin 2- erməni hərbi birləşmələrinin əlinə keçdi. Bununla da elan olunan qondarma erməni dövlətinə ikinci dəhliz açıldı. Azərbaycanın ən iri rayonunun itirilməsi Qarabağ müharibəsində ən böyük hərbi-strateji məğlubiyyət sayılırdı. Ümumi sahəsi 3054 kvadratkilometr olan Kəlbəcər şəhərinin sakinləri işğal nəticəsində uzun illər Azərbaycanın müxtəlif şəhər kəndlərində məcburi köçkün həyatı yaşayıblar. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb itkin düşüb. Beləliklə, vəhşi erməni silahlı birləşmələrinin ölkə rəhbərliyinin növbəti qurbanı Kəlbəcər oldu. Beynəlxalq müstəvidə bu rayonun itirilməsi ilə bağlı  BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etsə , Ermənistan dövləti 28 il ərzində bu qətnaməyə məhəl qoymamışdır.

1993- ildə xalqın tələbi təkidi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qarşıya qoyduğu ilk məsələlərdən biri Qarabağ müharibəsini dayandırmaq, bu problemin beynəlxalq müstəvidə həllinə çalışmaq oldu. Atəşkəsin əldə olunması Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşmasına böyük bir şans yaratdı. Məcburi köçkünləri diqqət qayğı ilə əhatə edən ulu öndər hər dəfə onlarla görüşündə Qarabağa yenidən qayıdacağımızı soydaşlarımıza vəd edirdi. 1996- il aprelin 1- ümummilli lider Prezident sarayında Kəlbəcər rayonunun sakinləri ilə görüşündə söyləyirdi ki, Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçası, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər  rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar. Heydər Əliyevin bu sözlərini həqiqətə çevirən Ali Baş Komandan İlham Əliyev Prezident seçildiyi gündən etibarən dövlətin xarici siyasətinin əsas xəttini torpaqlarımızın işğaldan azad olunması istiqamətinə yönəltmişdi. Beynəlxalq müstəvidə Qarabağ münaqişəsinin həlli ATƏT-in keçmiş Minsk qrupunun ümidinə qalsa danəticədə regionda sülhü təhlükəsizliyi təmin etmədi. Dövlət başçısı danışıqlar prosesində münaqişənin hərbi yolla həllinin mümkünlüyünü dilə gətirsə , keçmiş Minsk qrupu bu vasitənin reallıqda öz əksini tapmamasını arqument kimi irəli sürürdü. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini yerinə yetirməyən Ermənistan 2020-ci il sentyabrın 27- başlanan müharibədə Azərbaycan Ordusunun əks-hücumuna tab gətirmədi. Noyabrın 8- Şuşanın itirilməsi ilə məğlubiyyətin qaçılmaz olduğunu görən Nikol Paşinyan 10 noyabr kapitulyasiya aktına imza ataraq müharibədən məğlub kimi çəkildiyini təsdiqləmiş oldu. Üçtərəfli Bəyanatın imzalanması ilə düşmən tapdağı altında olan Kəlbəcər rayonu bir güllə atılmadan, bir şəhid verilmədən noyabrın 25- geri qaytarıldı. Strateji cəhətdən çətin relyefə malik olan Kəlbəcərdə açıq döyüşlər getsəydi şübhəsiz ki, ordumuzun belə çətin iqlim coğrafi şəraitdə itkisi çox ola bilərdi. Ölkə rəhbərinin diplomatik bacarığı sayəsində bütün bunlar zərgər dəqiqliyi ilə hesablanmışdı. 2021-ci il avqustun 17- Kəlbəcər rayonuna səfər edən Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını şəxsən özü dalğalandırdı.

Silahlı Qüvvələrin modernləşməsi istiqamətində görülən işlərin sırasında  komando birliklərinin yaradılması ordu quruculuğunun sürətli inkişafından xəbər verir. Hadrutdan sonra Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edən Müzəffər Ali Baş Komandan yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışında iştirak etmişdi. Dövlət başçısı açılış nitqində bildirmişdi ki, cəmi 44 gün ərzində biz düşməni torpağımızdan qovduq, onun diz çökdürdük, məcbur etdik ki, bayraq qaldırsın Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir. Biz onsuz da Kəlbəcəri azad edəcəydik. Çünki artıq Ermənistan ordusunun beli qırılmışdı, ancaq itkilər çox olacaqdı.

28 il sonra Kəlbəcərin işğaldan azad olunması Azərbaycan xalqının böyük sevincinə səbəb oldu. Gözəlliyi ilə hər kəsi heyran qoyan doğma diyarımız "Böyük Qayıdış" çərçivəsində əzəli sakinlərinin yolunu gözləyir. Bu xoşbəxtliyi bizə yaşadan Ali Baş Komandana, şəhidlərə, qazilərə ümumilikdə bu yolda əziyyəti olan hər kəsə xalqımız dərin minnətdarlıq hissi duyur...

Musa BAĞIRLI,

"Respublika".