Qərbi Azərbaycan əzəli və əbədi məmləkətimiz
Digər xəbərlər

Qərbi Azərbaycan əzəli və əbədi məmləkətimiz

Erməni vandalları "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq iddialarından heç vaxt əl çəkməmişlər. Daşnaklar tarixən Rusiyanın digər ölkələrin əlində Azərbaycana, ümumilikdə türk xalqlarına qarşı terrorçuluq alətinə çevrilmişdir. Bədnam qonşularımız 1905-1906 1918-1920-ci illərdə Qərbi Azərbaycanda görünməmiş vəhşiliklər törətmiş, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə soyqırımı siyasəti həyata keçirmiş, xalqımız ağır məhrumiyyətlərə, milli faciə məşəqqətlərə məruz qalmışdır.

1813- 1828-ci illərdə imzalanan Gülüstan Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın, xüsusilə Qərbi Azərbaycandakı ərazilərimizin bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə İrəvana, Zəngəzura, Göyçə mahalına digər azərbaycanlılar yaşayan ərazilərə yerləşdirilməsinə başlanıldı.

Qərbi Azərbaycanda məskunlaşdırılan erməni daşnakları orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə haylar əslində azərbaycanlıların öz torpaqlarından qovulması məhv edilməsi siyasətinin bünövrəsini qoydular.

Göyçədə, Zəngəzurda, Amasiyada, Dərələyəzdə Qərbi Azərbaycanın digər ərazilərində olan tarixi abidələr, ziyarətgahlar, ancaq türklərə aiddir. Burada ermənilərə məxsus heç yoxdur. Bütün dünya bilməlidir ki, Göyçə mahalı tarixi abidələri ilə zəngin olan ulu türk yurdudur. Göyçə ilə Dərələyəz arasındakı "Səlim gədiyi" adlanan yerdə daşdan tikilmiş sal qayanı xatırladan "Şah Abbas Karvansarayı" xalqımızın nadir memarlıq abidələrindən biridir.

Erməni vandalları 1918-ci ildə Vedidə, Zəngibasarda, Dərəçiçəkdə, Qaraqoyunluda, Haqqıxlıda, Ləmbəlidə dəhşətli terror hadisələri törətdikdən sonra Toxlucanı od vurub yandırmış, sonra polkovnik Silikovun qaniçən dəstəsi Novruz bayramı ərəfəsində Basarkeçər rayonu istiqamətində müsəlman əhalisinə qarşı terror əməlləri həyata keçirmiş, Şişqaya, Kiçik Məzrə, Aşağı Zağalı kəndlərində insanları amansızlıqla qətlə yetirmiş, yaşlı insanları, uşaqları su quyularına atmışlar. Silikovun quldur dəstəsi Zod kəndində zərərsizləşdirilmiş, Səməd Ağanın göstərişi ilə erməni dəstələri büsbütün məhv edilmiş, bu xəbər Bakıda Stepan Şaumyanı bərk sarsıtmışdır.

Ümumiyyətlə, 1918-1920-ci illərdə Qərbi Azərbaycanda ermənilər görünməmiş vəhşiliklər törətmiş, minlərlə insan qədim Oğuz ellərindən zülm işgəncə ilə ayrılaraq Azərbaycana pənah gətirmişdir. Bu terror hadisələrini Andranik onun kimi türk qanına susayan erməni cəlladları həyata keçirmişdi.

XX əsrin ortalarından başlayaraq Qərbi azərbaycanlıların başının üstünü qara duman yenidən almış, daşnaklar öz havadarlarının köməyi ilə soydaşlarımıza qarşı dəhşətli faciələr törətmiş, ermənilər qədim İrəvan şəhərindən azərbaycanlılar yaşayan digər ərazilərdən Moskvadakı ermənipərəst qüvvələrin dəstəyi ilə "könüllülük" prinsipi adı altında 150 min azərbaycanlını ata-baba torpaqlarından köçürməyə nail olmuşlar. Bu xəyanət toru İ.Stalin, Molotov, Arutyunov digər xəyanətkarlar tərəfindən hazırlanmışdı. Bu, XX əsrdə Qərbi azərbaycanlıların 3- deportasiyası idi.

1988-ci ildə istər Moskvada, istərsə Ermənistanda Azərbaycan xalqına qarşı növbəti xəyanət reallaşdı. Erməni diasporunun, ermənipərəst qüvvələrin xəyanəti ucbatından Qərbi Azərbaycan yenidən odlara qalandı. İnsanlar zülm, işgəncə ilə ata-baba yurdlarından qovuldular. "Qızıl Moskva" ermənilərin, xaç qardaşlarının başına sığal çəkdi, onların arxasında möhkəm dayandı.

1988-ci ilin noyabr-dekabr aylarında Qərbi Azərbaycandakı soydaşlarımız köç karvanlarında əzəli torpaqlarından ayrıldılar. Qaçqına çevrilən azərbaycanlıların acı taleyi heç kəsi düşündürmədi. Qərbi azərbaycanlıların ata-baba torpaqlarından deportasiyasından 35 il keçir. Onların hər biri Vətən, yurd həsrəti ilə yaşayır. Əmindirlər ki, gec-tez itirilmiş torpaqlarına qayıdacaqlar.

Çox qürurverici bir tarixə şahidlik etdik ki, Ali Baş Komandan, dövlətimizin dövlətçiliyimizin ləyaqətli qarantı Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında etdiyi tarixi çıxışı, milli mücadilə yolumuza elmi-fəlsəfi baxışı, yurda Qayıdış Konsepsiyasının hazırlanması tapşırığı Böyük Azərbaycan məfkurəsinin mübarizə taktikası, bütün xalqımız kimiçoxsaylı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmışdır.

Qərbi Azərbaycana qayıdış əsas hədəfimizdir. Əminik ki, biz tezliklə qəribsəmiş yurd yerlərimizə dönəcəyik.

Vərqa CƏFƏROV,

adamı.