Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turunda dəstək əldə etmək üçün prezidentliyə namizəd Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini bildirib.
Respublika-news.az bildirir ki, Ərdoğan bu barədə CNN-ə müsahibəsində açıqlayıb. Dövlət başçısı millətinin güclü bir Türkiyə demokratiyası adına hərəkət edəcəyinə əmin olduğunu söyləyib.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.
İkinci tur mayın 28-də keçiriləcək.
Nəzrin CAVADZADƏ.