Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa edilməlidir
Digər xəbərlər

Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa edilməlidir

Azərbaycan Ermənistan arasında intensivləşən təmaslardan sonra tərəflərin sülh müqaviləsi bağlaması mövzusu gündəmə gəlib. Sazişin gündəliyinə Qərbi Azərbaycan məsələsinin əlavə olunmasına dair təkliflər var. Milli Məclisin İnsan hüquqları komitəsinin keçirdiyi "Dağları aşarkən: Qərbi Azərbaycana dinc hüquqi qayıdış" mövzusunda ictimai dinləmədə xarici işlər nazirinin müavini Xələf Xələfov demişdi ki, Qərbi azərbaycanlılar könüllü olaraq geri qayıtmalıdır.

BəliQarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldığı kimi, Qərbi Azərbaycan reallıqları barədə sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə xarici ölkələrin siyasi dairələri, mətbuat qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Qərbi azərbaycanlıların bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş öz tarixi-etnik torpaqlarına qayıtmaq hüquqları təmin edilməlidir.

Çünki Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış icmadır. Onların hüquqları bərpa edilməli, öz doğma torpaqlarına qaytarılmalıdırlar. Bu ifadə səslənəndə adətən Ermənistanda növbəti dəfə isterika başlayır ki, Azərbaycan müharibəyə hazırlaşır. Lakin bu, həqiqəti əks etdirmir. Rəsmi Bakı bunu sülh yolu ilə etmək istəyir. Bütün beynəlxalq konvensiyalar da bu hüququ tanıyır. Bu səbəbdən Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun. Prezident İlham Əliyev dekabrın 24- Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki çıxışında bunu bir daha bəyan etdi: "Əminəm ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Jalə QASIMZADƏ,

"Respublika".