Səbinə Əliyeva Ombudsman Aparatında vətəndaşları qəbul edib
Digər xəbərlər

Səbinə Əliyeva Ombudsman Aparatında vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsman Aparatında vətəndaşları qəbul edib.

Bu barədə qurumun mətbuat xidmətindən verilən məlumata görə, müvəkkil tərəfindən mütəmadi olaraq həyata keçirilən növbəti qəbul zamanı hər bir vətəndaş fərdi qaydada dinlənilib, onlara hüquqi məsləhətlər verilib, bəzi müraciətlər yerində təmin olunub. Vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Qəbul zamanı, həmçinin vətəndaşların müraciətlərinə daha səmərəli və çevik şəkildə baxılması məqsədilə Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi və digər müraciət vasitələri barədə məlumat verilib.

“Respublika”.