“Riyad Səyahət Sərgisi”
İQTİSADİYYAT

“Riyad Səyahət Sərgisi”

Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə iştirak edir.

23 may Turizm Agentliyinin mətbuat xidmətindən bildirilir ki, sərgidəki milli stenddə Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli turizm sənayesi nümayəndəsi təmsil olunur. Stend ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış tarixi abidələri, milli mətbəx nümunələri, ekoturizm, sağlamlıq, yay və qış turizmi imkanları üzrə potensialı haqqında ətraflı məlumat verilir.

Mayın 24-dək davam edəcək “Riyad Səyahət Sərgisi”ndə dünyanın 55 ölkəsindən 300-dən çox turizm sənayesi nümayəndəsi təmsil olunur. Sərginin 30 minədək ziyarətçini qəbul edəcəyi gözlənilir.

“Respublika”.