Mühüm tərəfdaşlıqların formalaşdığı platforma
İQTİSADİYYAT

Mühüm tərəfdaşlıqların formalaşdığı platforma

Bakı Enerji Həftəsi çərçivəsində ölkəmiz Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31- Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil&Gas" 11-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında iştirak edib. Açılış mərasimindəki çıxışında: "...Sözlərimi təsdiqləmək üçün tədbir iştirakçılarına təbrik teleqramları göndərən şəxsləri qeyd etmək kifayətdir: ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Rişi Sunak. Mən ABŞ prezidentinə Böyük Britaniyanın Baş nazirinə, onların bu tədbirdə iştirak edən nümayəndələrinə xoş ruhlandırıcı sözlərə görə təşəkkür etmək istəyirəm", - deyə dövlətimizin başçısı bildirib.

Prezident, həmçinin qeyd edib ki, 1994- ildə ilk neft-qaz sərgisi keçirildi həmin ildə "Əsrin müqaviləsi" imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilmiş tədbirlərdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tailand, Türkiyə, Ukrayna Yaponiyadan 164-dən artıq şirkət iştirak etmişdir.

 ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Birləşmiş Ştatların Prezidenti Cozef Baydenin, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson isə Birləşmiş Krallığın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidentinə məktublarını oxudular.

Neft, qaz enerji sektorunda mühüm platformaya çevrilən "Caspian Oil&Gas" sərgisi artıq 28 ildir ki keçirilir. Hər il Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir.

Ölkə başçımız İlham Əliyev bildirib: "ABŞ Böyük Britaniya hökumətləri Azərbaycanın Xəzər dənizindəki resurslarının işlənməsi ilə bağlı irəli sürdüyü bütün təşəbbüsləri həmişə dəstəkləyib. Onlar bugünkü neft qaz boru kəmərləri sayəsində Avrasiyanın enerji xəritəsini faktiki olaraq dəyişdirmiş enerji nəqliyyatı infrastrukturumuzun qurulmasında köməklərini əsirgəməyiblər".

Bu il təşkil olunmuş Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan şəhərində xüsusi sessiyanın keçirilməsi nəzərdə tutulub. Belə ki, "Heydər Əliyev İli" çərçivəsində bu sessiya həm şəhərin tarixi əhəmiyyətini əks etdirir. Ölkə başçısı İlham Əliyev bu yaxınlarda bildirib ki, Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur, eləcə günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların atılması gözlənilir. Bir sözlə, Naxçıvanı dövlət səviyyəsində yaşıl enerji zonasına çevirmək planlaşdırılır.

Bakı Enerji Həftəsində müzakirə olunan mühüm mövzular sırasına xalis sıfır emissiya, "Zero Waste" (Sıfır Tullantı) proqramı da daxil edilmişdir. "Zero Waste" proqramı həm ilk dəfə olaraq forum çərçivəsində tətbiq olundu. Onu da qeyd edək ki, tədbirin keçirildiyi Bakı Konqres Mərkəzi ekoloji konseptdə inşa edilib. Mərkəzdə quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə enerji istifadəsinə sərf olunan xərclərə qənaət edilir.

Bakı Enerji Həftəsi mühüm tərəfdaşlıqların formalaşdığı bir platforma rolunu oynayır. Bu il , həmçinin tədbir çərçivəsində yeni əməkdaşlıqlara imza atıldı. Belə ki, tədbirin 3- günü Bakı Konqres Mərkəzində "4sım", "Caspian Event Organisers" "Iteca Caspian" şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Hər il olduğu kimi, bu il sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçirildi. Burada yerli xarici şirkətlərin nümayəndələri qarşılıqlı formatda əməkdaşlıq gələcək tərəfdaşlıq yollarını müzakirə etdilər.

Bundan başqa, Bakı Enerji Həftəsi çərçivəsində "Mini Boss" məktəbinin tələbələrinin "Econotes" adlı startapı nümayiş olundu. Startapın ideyası baş tərəfində toxum olan qələmlərdir. Startapın yaradıcıları olan uşaqlar bununla bağlı bildiriblər ki, "Econotes" Azərbaycanda ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış qələmdir: "Baş tərəfinə içində toxum olan kapsullar yapışdırılmış qələm ölçüsündə kiçildikdən sonra onu cücərməsi üçün dibçəyə əkmək lazımdır". Forumda iştirak edən nümayəndələrə bu qələm təqdim olundu.

Bakı Enerji Həftəsində həm Azərbaycan, həm Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə mövzusu idi ənənəvi olaraq forumda 600-dən çox nümayəndə iştirak etdi. Yeni qlobal enerji nizamının inkişaf məsələlərinə həsr olunmuş dəyirmi masada qlobal enerji keçidi prosesi kimi mövzular müzakirə olundu. Bundan əlavə, tədbirdə Xəzər regionunun bərpaolunan enerji mənbələri potensialı, onlardan istifadə imkanları, bərpaolunan enerji mənbələrinin infrastrukturunun inkişafı, yaşıl enerji sahəsində layihələrin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.

R.RÜSTƏMLİ,

"Respublika".