Digər xəbərlər

"Sabitlik" yaratmağa gələn Aİ missiyasının çirkin oyunları

Avropa İttifaqının Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində mülki missiyası fevralın 20-dən fəaliyyətə başlayıb. İki il müddətinə göndərilən missiyanın tərkibi 50-si müşahidəçi olmaqla 100 nəfərdən ibarətdir.

Ötən ilin oktyabrında Azərbaycan, Ermənistan, Fransa Avropa İttifaqı Şurası liderlərinin Praqa görüşündə -nin mülki monitorinq missiyasının göndərilməsilə bağlı razılıq əldə olunmuşdu. Bu anlaşmaya əsasən missiya 2 ay müddətində 40 nəfərlik heyətlə fəaliyyət göstərməli idi. Azərbaycan hökuməti o zaman bu addımın sülh ölkələrarası normallaşma prosesinə töhfə verəcəyini düşündüyündən missiyaya razılıq vermişdi. Avropa müşahidəçilərinin vəzifəsi dekabrın 19-da başa çatsa da, alyans bunun bölgədə sülh təhlükəsizliyi təşviq etdiyini bəhanə gətirərək şərti sərhədə daha uzunmüddətli geniştərkibli missiyanın göndərilməsinə qərar verdi. Amma bu dəfə proses Azərbaycan hökumətinin razılığı olmadan baş tutdu.

Yaranan yeni reallıq isə Ermənistan üçün fürsətə çevrildi. Fransanın lobbiçiliyi ilə missiyasının gəlişinə nail olan Ermənistan bu addımdan cəsarətlənərək ordumuzun mövqelərini atəşə tutdu. Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun Şuşa, Xocavənd, Kəlbəcər, Tovuz Naxçıvandakı mövqeləri snayperlərdən müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə 15 dəfə atəşə tutuldu. Bununla da ötən il dekabr ayının sonundan bu yana davam edən sakitlik pozuldu. İrəvan Münxen görüşündən sonra normallaşma prosesi istiqamətində göstərilən səylərə ağır zərbə vurdu. İrəvan hökuməti təxribatlarla, pozuculuq fəaliyyəti ilə prosesi uzadacağına, vaxt qazanacağına ümid edirdi ki, beynəlxalq güclər onun işini asanlaşdırdı. Bu isə birbaşa olaraq -nin sülh yaratmaq, eləcə prosesin sürətlənməsi üçün göstərdiyi səyləri sual altında qoyur.

Onu da qeyd etmək lazımdır ki, əslində Avropa missiyasının məramı heç vaxt regionda təhlükəsizliyi bərpa etmək olmayıb. Avropa nümayəndələri Cənubi Qafqazı məhz Rusiya ilə mübarizə aparmaq üçün seçiblər. Yəni missiyanın təkrarən göndərilməsinin səbəbi regionda Rusiya sülhməramlıları ilə paralel Avropa nümayəndəliyinin hansısa söz sahibi olmasıdır.

Digər tərəfdən, sərhəd ərazilərdə sabitliyə töhfə vermək məqsədilə Ermənistana gələn missiyada iştirak edən 100 nəfərdən yalnız 50-si silahsız müşahidəçidir. Yəni rəsmi açıqlandığı kimi, tam yarısı silahlı olan missiyasını "mülki" adlandırmaq mümkün deyil. Üstəlik, Ermənistana göndərilən Avropa İttifaqı missiyasının heyətinə erməni əsilli şəxslər daxil edilib. Monitorinq missiyasının tərkibində İsveç parlamentinin deputatı, erməni əsilli Arin Karapet var. Bu isə missiyanın tərkibinin ermənipərəstlərdən ibarət olacağı ehtimalını artırır.

Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, onsuz da gərgin olan regionda vəziyyət Avropa İttifaqının iştirakından sonra daha da qəlizləşib. Amma Paşinyan Administrasiyası unutmamalıdır ki, kimlərinsə arxasında gizlənməsi ölkəsini xilas etməyəcək. Çünki belə oyunların qalibi hər zaman ədalətli şəffaf siyasət yürüdən Azərbaycan olub. Çünki Cənubi Qafqazda sülhün bərqərar olunmasının alternativi yoxdur. Azərbaycan hökuməti bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyub. Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ifadə etdiyi kimi: "Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq".

Regionda münaqişə vəziyyətinin daim hökm sürməsinə çalışan qüvvələr unutmamalıdırlar ki, Azərbaycanla təhdid, diktə dilində danışaraq merkantil maraqları gerçəkləşdirmək mümkün deyil. İrəvan hökumətinin dəstəyi ilə regiona xarici qüvvələrin gətirilməsi isə başlıca olaraq erməni xalqının Azərbaycanın sülhpərvərliyindən yararlanaraq rifah içərisində yaşayacağı ehtimalını heçə endirir. Odur ki, Ermənistan düzgün qərar qəbul edərək Azərbaycanla sülh bağlamaq istiqamətində qəti addımlar atmalıdır. Çünki sülh müqaviləsi imzalanacağı təqdirdə regionda heç bir missiyanın qalmasına ehtiyac olmayacaq, Rusiya Avropa missiyaları regiondan çıxarılacaq. Bununla da bölgədə sülh əmin-amanlıq bərqərar olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".