Yumruq olduq, qalib çıxdıq.
Səngərləri vurub-yıxdıq.
Söz vermişdik, gəlib çıxdıq.
Salam Xankəndi, Salam!!!
Bayrağım başımız üstə,
Vuruşduq hər qarış üstə,
Qanla yazdıq hər daş üstə,
Salam Xankəndi, Salam!!!
Azad şəhər, xoşbəxt yaşa,
Yol açdıq o baş-bu başa...
Əl eyləyir Laçın, Şuşa...
Salam Xankəndi, Salam!!!
Vəliyulla CƏFƏROV.