ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRƏ MƏNZİLLƏR PAYLANILIB
Region

ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRƏ MƏNZİLLƏR PAYLANILIB

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Göygöl rayonundan olan 30 şəhid ailəsinə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə fərdi evlər paylanılıb. Tədbirdə Əmək Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, şəhid ailələri, qazilər digər aidiyyəti şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Əmək Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1993- ilin iyununda yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi sosial böhrandan xilas edib. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyev tərəfindən ötən əsrin 90- illərində şəhid ailələri müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramının əsası qoyulub ötən dövrdə bu siyasət uğurla davam etdirilib. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə mənzil fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu bu ildə şəhid ailələri müharibə ilə əlaqədar əlilliyi olanların mənzil fərdi evlə təminatı uğurla davam etdirilir. Bu il artıq 360, postmüharibə dövründə 4 860, ümumilikdə isə ötən dövrdə 13 660 mənzil fərdi ev şəhid ailələri müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim olunub.

Tədbirdə Göygöl rayonunda şəhid ailələrinin müharibə ilə əlaqədar əlilliyi olanların dövlətin xüsusi diqqət qayğısı ilə əhatə olunduğu, bu sahədə görülən məqsədyönlü işlər diqqətə çatdırılıb. Mənzillərlə təmin edilən vətəndaşlar sosial dəstəklə əhatə olunduqlarından razılıqlarını bildirib, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Z.CƏMŞİDOĞLU,

"Respublika".