Şəhid ailələri və Vətən müharibəsi əlillərinin hərtərəfli diqqət və qayğı ilə əhatə olunub
Sosial həyat

Şəhid ailələri və Vətən müharibəsi əlillərinin hərtərəfli diqqət və qayğı ilə əhatə olunub

Rayonda keçirilən bütün tədbirlərdə şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının iştirakı təmin edilmişdir. Bir şəhid və bir Vətən müharibəsi əlilinin övladı Gənclər və İdman Nazirliyinin təşkil etdiyi Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzindəki yay düşərgəsinə göndərilmişdir.  233 şəhid ailəsi və  müharibə əlilliyi təyin edilmiş 51 şəxs rayon icra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə alınaraq məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Onlardan 62 şəhid ailəsi fərdi yaşayış evi ilə təmin edilmişdir. Yaşadıqları fərdi yaşayış evinin təmiri üçün 3 şəhid ailəsinə birdəfəlik yardım olunmuşdur.

Milli bayramlar günü münasibəti ilə Zaqatala rayon İcra Hakimiyyəti tərəfindən  keçirilən tədbirlərdə şəhid ailələrinin, müharibə əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının iştirakı təmin edilmiş, bayram sovqatı paylanılmış, Orucluq aylarında iftar süfrəsi təşkil edilmişdir. Əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi barədə bələdiyyələrə məktublar göndərilmişdir.

Müharibə əlili adı almış şəxsin ailəsinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün  3 nəfər  mövsümi  ticarət məqsədi ilə torpaq sahəsi ilə təmin edilmişdir.

M.NƏRİMANOĞLU,

“Respublika”.