Şəhidlər ölməz, Vətən bölünməz...
Sosial həyat

Şəhidlər ölməz, Vətən bölünməz...

44 günlük İkinci Qarabağ müharibəsində  Vətən torpağının hər qarışını canından əziz bilib bu yolda şəhidlik zirvəsinə ucalan minlərlə  övladlarımızdan bir  də  Əsəd Mahir oğlu  Əsədlidir.   Şərəfli ölümü ilə bütöv Azərbaycan xalqının ürəyində  özünə əbədi abidə qoyan   bu Vətən sevdalısı 1995-ci ildə Masallının Çay qıraq kəndində  dünyaya göz açıb. Sonradan ailəsi  Bakıya köçüb və Əsəd  Nizami rayonunda Milli Qəhrəman şəhid Yuri Kavalyov adına 229 saylı tam orta məktəbi bitirib.

Vətən müharibəsi zamanı  isə Əsəd Əsədli Füzuli və Xocavənd döyüşlərində savaşıb.  Elə Vətənə, torpağa  sonsuz məhəbbəti sayəsində neçə-neçə  ağır sinaqlardan üzüağ  çıxıb. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliyin  müdafiəsi uğrunda olub. Ölüm-dirim savaşında qəhrəman kimi döyüşüb çoxlu sayda düşmən yaraqlısını məhv etsə də,   21 döyüş yoldaşını  mühasirədən çıxarsa da, özü şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azadlığına  görə və “Hərbi xidmətlərə görə” medallarla təltif olunub. İndi isə uyuduğu müqəddəs məkan  II Şəhidlər xiyabanıdır.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.