Şimal yarımkürəsində yanğın alovlanıb
Dünya xəbərləri

Şimal yarımkürəsində yanğın alovlanıb

Temperatur rekordlarının qırıldığı şimal yarımkürəsində meşə yanğınlarına qarşı mübarizə davam edir.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, İspaniyada minlərlə insan təxliyə edilərkən, alovların Yunanıstanın Aleksandrupoli şəhərinə çatmaması üçün tədbirlər görülür. 

Bildirilib ki, 70 km-lik məsafəyə yayılan və 8400 hektardan çox ərazini yandıran alov, adanın üzərində qalın tüstü təbəqəsi yaradıb. Rəsmilər insanları evlərini tərk etməməyə çağırıb. Hazırda 500 nəfərlik bir qrup və 23 yanğınsöndürmə təyyarəsi alovlara müdaxilə edir. Qeyd edək ki, bu günə qədər yanan ərazinin yalnız 20 faizi nəzarət altına alınıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".