Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 824 min 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 189 nəfər müalicə olunaraq sağalıb, 9 min 983 nəfər vəfat edib. Aktiv xəstə sayı 259 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1566, indiyə qədər isə ümumilikdə 7 milyon 378 min 848 test icra olunub.
AZƏRTAC