Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 29 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 29 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 29 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 302 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 383 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 202 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 653, bu günə qədər isə ümumilikdə 6 milyon 966 min 738 test icra olunub.

AZƏRTAC