Şovinist ermənilərin vəhşi xislətinin təsdiqi
Digər xəbərlər

Şovinist ermənilərin vəhşi xislətinin təsdiqi

Azərbaycan torpaqlarına gəldikləri vaxtdan ermənilər ancaq məkrli niyyətlərlə yaşayıblar, uydurduqları "böyük Ermənistan" ideyasını gülünc olsa, reallaşdırmağa çalışıblar. Xain təcavüzkar xislətlərinə uyğun olaraq bu yolda etnik təmizləmə, deportasiya soyqırımları həyata keçiriblər. Tarixin hansı səhifəsini vərəqləsək, erməni millətçilərinin çirkin oyunlarının şahidi olarıq. Əsasən siyasi dəyişikliklər, inqilablar ərəfəsində xüsusilə fəallaşıb, yaranmış siyasi boşluğu özləri üçün əlverişli məqam hesab ediblər beləcə zaman-zaman tarixin qara səhifələrinin səbəbkarları olublar.

 Ermənilərin xalqımızın başına gətirdiyi ən qanlı faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmişə olduğu kimi, bu dəfə onların hədəfində əsasən dinc sakinlər olublar. Dinc sakinlər etnik dini mənsubiyyətinə görə öldürüldü, yaşayış məntəqələri, tarixi mədəniyyət abidələri, məscid qəbiristanlıqlar dağıdıldı. Ümumilikdə 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhəri ilə yanaşı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur digər ərazilərdə Bakı Soveti qoşunları daşnak erməni silahlı dəstələri tərəfindən minlərlə azərbaycanlı qətlə yetirildi, minlərlə insan öz ata-baba yurdundan zorla çıxarıldı.

Erməni qəsbkarlarının törətdiyi soyqırımının qurbanları arasında minlərlə ləzgi, rus, avar, talışlar da olub. Həmin qanlı hadisələr zamanı Gəncədə, Qubada digər bölgələrdə törətdikləri bu əməlləri xüsusi qəddarlıqlarla həyata keçiriblər. Belə ki, Qubada aşkarlanan kəllə digər insan sümüklərində güllə yeri aşkarlanmayıb. Məlum olub ki, onların hamısı küt alətlərlə qətlə yetirilib, baş nahiyəsindən balta ilə vurulublar, başları bədənlərindən ayrılıb. Hətta bir neçə kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların bu cür qətlə yetirilməsi bilavasitə erməni milliyyətçilərinin yırtıcı, insanlığa uyğun gəlməyən hərəkətlərinin bariz nümunələridir.

Sovet hakimiyyəti dövründə ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilmiş soyqırımları, qətliamları unutdurmağa çalışıblar, istəyirdilər ki, belə qara səhifələri tarixdən qoparıb atsınlar. SSRİ dağıldıqdan sonra bu cür hadisələrin üzərindən pərdələr götürüldü. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzaladı. Fərmanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarının ilk dəfə rəsmən adı çəkildi, erməni şovinistlərinin azərbaycanlı əhaliyə qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıldı, anti-Azərbaycan qüvvələrin məkrli əməllərinə siyasi qiymət verildi. Eləcə Fərmanla 31 mart günü Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Tarix sübut edir ki, erməni millətçilərinin xarakteri dəyişən deyil, öz vəhşi, qaniçən xislətlərini zaman-zaman nümayiş etdirirlər. Onlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə daha bir bəşəri cinayətə əl atdılar. Belə ki, Xocalı şəhərini yerlə-yeksan etdilər, qocaları, qadınları, uşaqları xüsusi amansızlıqla öldürdülər. Ermənilər 44 günlük Vətən müharibəsində dinc mülki şəxsləri hədəfə almaqla da müharibə cinayətlərinə əl atdılar. Gəncə, Bərdə, Mingəçevir digər şəhərləri ballistik raketlərlə, fosforlu kasetli bombalarla atəşə tutulurdu.

Erməni şovinistlərinin törətdikləri bütün soyqırımlarının, terrorların cavabı verildi qisas layiqincə alındı. Amma ermənilərdən fərqli olaraq Azərbaycan Ordusu bunu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində döyüş meydanında etdi. İşğalçı ordu rəşadətli əsgər zabitlərimiz tərəfindən məhv edildi, sağ qalan tör-töküntüləri isə yalnız qaçmaqla canlarını qurtara bildilər.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.