Stoltenberq Türkiyə ilə ABŞ arasında F-16-larla bağlı dialoqu dəstəkləyir
Siyasət

Stoltenberq Türkiyə ilə ABŞ arasında F-16-larla bağlı dialoqu dəstəkləyir

“Mən Türkiyə və ABŞ arasında F-16-larla bağlı istənilən dialoqu alqışlayıram.”

“Respublika” xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə İctimai Forumdakı çıxışında deyib.

O bildirib ki, F-16 ilə bağlı qərarın verilməsi ABŞ hökumətinin üzərinə düşür.

Stoltenberq vurğulayıb ki, NATO hər zaman müttəfiqlər arasında hərbi təchizatlarla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləyib.