Sülh işıqlı gələcəyə, müharibə isə zülmətə aparır
Siyasət

Sülh işıqlı gələcəyə, müharibə isə zülmətə aparır

Ermənistan öz məkrli niyyətini danışıqlar masasında bir cür, arxada isə başqa biçimdə, başqa yöndə nümayiş etdirir, təxribatlar törədir, sərhədlərimizə hücum edir, gərginlik yaradır, həyasızlıq inadkarlıq göstərir. Bu da erməni cəmiyyətinin separatçı əhvali-ruhiyyəsinə, bəlkə qaytardılar xülyasına, azərbaycanlılara qarşı etnik nifrət bəsləmələrinə rəvac verir, rəsmi İrəvanın mövqeləri isə sürətlə laxlayır. Hayların birgə yaşayışa, qonşuluğa, əməkdaşlığa, sabitliyə, insani münasibətlərə sözün əsl mənasında ləyaqətləri çatmır. İkinci Qarabağ müharibəsində rüsvayçılıqla məğlub olmalarını həzm edə bilmirlər, daxili çarpışmalar, etirazlar, küçə yürüşləri, hökuməti hədəfə alan təhqirlər digər çirkin hərəkətlər ermənilərin baş ağrısına çevrilir, daşnak əhvallı cəmiyyət çalxalanır, binəvalar batan gəminin sərnişinlərinə daha çox bənzəyirlər.

Təbii ki, İrəvanda baş verən hadisələr Xankəndidə ətraf ərazilərdə məskunlaşan erməni əsilli vətəndaşlarımızı da çaşdırır, digər bir tərəfdən isə Rusiyanın "desant"ı adlandırılan, Qarabağda oğurluq talançılıqla məşğul olan R.Vardanyan kimilərinin aranı qarışdırmaları, bir tula payı ilə erməniləri şirnikləndirmələri, vəziyyəti 1988-1990- illərdəki situasiyaya qaytarmaq cəhdləri Rusiya sülhməramlı kontingenti komandirlərinin bu dələduzluğa göz yummaları hayları faciəyəyə tərəf sürükləyir. Ermənistanın Azərbaycanla sülh danışıqlarında müəyyən uğurların əldə edilməsi, bu danışıqların aktiv fazaya daxil olması, erməni tərəfinin ittiham böhtanlarına qarşı rəsmi Bakının sərt mövqeyi bəzi ermənipərəst qüvvələri təlaşa salıb, onlar barışığın sülhün əldə edilməsinə çox ciddi müqavimət göstərirlər.

Erməni diversiya-təxribatçı qrupların mövqelərimizə hücum etmələri, bölgədə sülhyaratma öhdəliyini üzərinə götürmüş Rusiya sülhməramlılarının köməyi ilə Xankəndiyə gizli yollarla silah-sursat daşınması, Araik Arutunyan kimi separatçı cinayətkarların boş yerə müqavimət göstərmələri göldə batan adamın saman çöpündən yapışmasına daha çox bənzəyir. Məlumdur ki, istər daxildə istərsə xaricdəki müəyyən qüvvələrə nökərçilik edənlər öz ağalarının buyruqlarını yerinə yetirmək, sülhü əngəlləmək üçün təxribatlar törətməyə məcburdurlar. Lakin bu uzun müddət davam edə bilməyəcək. Qətiyyətlə demək olar ki, Azərbaycan torpaqlarındakı terrorçu ünsürlərin son nəfərinədək ərazini tərk etməsi müharibə cinayəti törədənlərin beynəlxalq məhkəmələrdə hüquqi məsuliyyətə cəlb olunmasına nail olacaq. Hər halda ermənilər yaxşı bilirlər ki, Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyev dediyi sözləri həmişə yerinə yetirən liderdir.

Qarabağda müvəqqəti nəzarət həyata keçirən rus sülhməramlıların bilərəkdən erməni silahlı dəstələrini himayə etmələrini, cinayətkarlara havadar durmalarını, adi davranış qaydalarını pozmalarını, etdikləri hörmətsizliyi Azərbaycan xalqı qətiyyətlə pisləyir bildirir ki, bölgədə erməni terrorçuların təxribatlarının qarşısını almaq birbaşa Rusiyanın öz üzərinə götürdüyü rəsmi öhdəlikdir, rus sülhməramlılar da müvəqqəti məsuliyyət bölgələrində bunu mütləq yerinə yetirməlidirlər. Buna görə müvəqqəti nəzarət həyata keçirən rus sülhməramlılarının birtərəfli mövqeyini qətiyyən qəbul etmək mümkün deyil. Erməni əhalini Xankəndiyə ətraf ərazilərə qaytaran, onları mühafizə edən Rusiya sülhməramlı qüvvələrinin komandanlığı nədənsə unudur ki, eyni vaxtda azərbaycanlıları da Xankəndiyə, Kərkicahana, Xocalıya, Xocavəndin kəndlərinə, Kosalara digər yaşayış məntəqələrinə qaytarmalıdırlar. Bu öhdəliyi 2020-ci il noyabrın 10-da üç ölkənin rəhbərləri tərəfindən imzalanan Bəyanatda Rusiya tərəfi öz üzərinə götürüb. Buradan da aydın olur ki, ermənilərə qorxma deyənlərdən biri rus sülhməramlılarıdır, onların ərazilərimizdən dərhal çıxarılması xalqımızın haqlı tələblərindən birincisidir. Çünki, Ermənistan tərəfi təxribatlara ara vermir, müharibə ocağını alovlandırmağa cəhdlər edir. Azərbaycan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində düşmən ölkənin silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən dövlət sərhədimizin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb. Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar. Mayın 28- Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub.

Ermənilərin törətdikləri bu təxribatlar ard-arda baş verir, Moskvada sülh danışıqları aparıldığı halda, sərhəddə yenidən təxribat baş verir. Belə çıxır ki, baş nazir Paşinyan Ermənistanda orduya nəzarət edə bilmir yaxud onun sözünü eşitmirlər.

Ermənistan parlamentinin hakim fraksiyadan olan üzvü Gevorq Paposyan yerli mətbuata bildirib ki, biz müharibə avantürizm, yaxud sülh arasında seçim etməliyik. Biz dinc gündəm yolu ilə getməliyik, başqa alternativ yoxdur. Gündəmdə başqa variant da mövcud deyil. Ermənistan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun elmi direktoru, akademik Gevorq Poqosyan hesab edir ki, Ermənistan cəmiyyətində Qarabağa münasibət artıq dəyişib. 1988-ci ildə Ermənistan sakinlərinin Qarabağ qarabağlılar haqqında təsəvvürləri fərqli idi. Son onilliklər ərzində onlar dəyişikliklərə məruz qalıb. Erməni alimin sözlərində böyük həqiqət var. Ermənilərdə bu fikir dəyişikliyini İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə, dövlətimizin başçısı İlham Əliyevin qəti prinsipial mövqe göstərməsi yaratdı. Rəsmi Bakı tarixi qələbədən sonra bəyan etdi ki, ATƏT-in keçmiş Minsk qrupunun xidmətlərinə ehtiyac yoxdur, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Lazımi addımlar ataraq Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə bir çox strateji yüksəkliklər nəzarətimizə qaytarılıb. Aprelin 23- Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi quruldu bununla da ərazi bütövlüyü birdəfəlik həll edildi. Əvvəllər düşmən ölkədən Qarabağ bölgəsinə əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi var, amma tam nəzarət altındadır. Ermənilərin şər böhtan atmalarına baxmayaraq Laçın sərhəd-keçid məntəqəsində sadələşdirilmiş keçid rejimi mövcuddur. Ermənilər sərhəd-keçid məntəqələrində beynəlxalq təcrübədə olduğu kimi, yalnız sərhədçilər tərəfindən skan edilən pasportlarını göstərirlər. Təcili yardım Qırmızı Xaçla daşınan xəstələr isə pasport nəzarəti zamanı, ümumiyyətlə, maşınlarından düşürülmür. Əksinə, əzəli yurd yerimiz olan Xankəndidəki müvəqqəti separatçı, cinayətkar rejim ermənilərə Laçın yolu ilə Ermənistana getməyi qadağan edib.

Mayın 28-, müstəqillik günümüzün növbəti ildömündə Prezidentimiz, qalib Ali Baş Komandanımız İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə Qarabağdakı ermənilərlə bağlı bildirib ki, buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, "parlament"i buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər. Onu da bildirməliyəm ki, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün müstəqillikdən, muxtariyyətdən, başqa bir şeydən heç kim artıq söhbət açmır. Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır.

Aydın, konkret, qətiyyətli təkzibedilməz mövqe erməni vətəndaşlarımıza daha dərindən düşünməyə, reinteqrasiyaya, qanunlara tabe olmağa səsləyir. Çarpaz düşüncələrin, iti bucaq altındakı niyyətlərin, oyuncaq qurumların əsarətində qalan Qarabağ erməniləri sülhü, xoşbəxt gələcəyi, birgəyaşayışı seçməsələr artıq bölgədə qaçılmaz olan antiterror əməliyyatları onların mövcudluğunu yenidən sual altında qoyacaq, əzablı günlərin girdabına düşəcəklər. Seçim ermənilərindir.

Salman ALIOĞLU,

"Respublika".