Tariximiz, mədəniyyətimiz, milli sərvətimiz
Region

Tariximiz, mədəniyyətimiz, milli sərvətimiz

Muzeylər. Tarixi yaddaşımız, dünənimizlə bu günümüz arasında körpü. Əmanət kimi qorunan əvəzsiz maddi-mədəni sərvətimiz. Tarixin varaq-varaq açılan səhifələri. Onun izlərini, sirlərini yaşadan məbədimiz. Müqəddəs varlığımız.

Başqa yerlərdən fərqli olaraq Xaçmazda bu mədəniyyət ocaqlarının sayı bir qədər çoxdur. Təkcə rayon mərkəzində 9 muzey fəaliyyət göstərir. Onların ən böyüyü isə unikal memarlıq nümunəsi olan bir binada yerləşən Tarix-Diyarşünaslıq Muzeyidir. Bu muzeyin olduqca əlamətdar tarixçəsi var. Muzeyin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1981-ci ilin sentyabr ayının 27- muzeyin açılışı olmuş, açılışın rəmzi lentini ulu öndər şəxsən özü kəsmişdir. Rayonda muzeyin açılışında onun söylədiyi bu sözlər mədəniyyətimizə, tarixi keçmişimizə, mədəni irsimizə göstərilən qayğının təzahürüdür: "Şimal torpağı Xaçmazda Tarix-Diyarşünaslıq Muzeyinin açılması çox böyük əhəmiyyət daşıyır. Bu torpaq olduqca qədimdir. Onun tarixinin öyrənilməsi, araşdırılması qorunması hər birimizin, hər bir vətəndaşın müqəddəs borcudur".

Bu fikirlər Xaçmazda - Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirdə dönə-dönə səslənmişdir. Muzeyin direktoru Pakizə Mehdiyeva 42 il xalqın xidmətində olan bu nümunəvi mədəniyyət ocağının tarixindən, burada görülən işlərdən, həyata keçirilən rəngarəng tədbirlərdən söz açmışdır. O, qeyd etmişdir ki, əsası ulu öndər tərəfindən qoyulan muzeyin fəaliyyəti sonrakı illərdə daha da genişlənmiş, yeni-yeni eksponatlarla zənginləşmişdir. 2013- ildə bu möhtəşəm bina tikilib istifadəyə verilmişdir. Bizim üçün çox qürurverici sevindirici haldır ki, muzeyimizin yeni binasının açılışını möhtərəm Prezidentimiz İlham Əliyev edərək: "Demək olar ki, bu Azərbaycanda gördüyüm ən gözəl muzey binasıdır" söyləmişdir. Belə bir möhtəşəm binada işləmək, çalışmaq kollektivimizdən çox böyük məsuliyyət səmərəli fəaliyyət tələb edir.

Tədbirdə həmçinin Tarix-Diyarşünaslıq Muzeyinin ilk direktoru olmuş Rüstəm Mahmudov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Fərid Musayev, Xaçmaz Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Xalça Muzeyinin əməkdaşı Dilarə Rüstəmova başqaları çıxış edərək Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyin kollektivini təbrik etmiş, ürək sözlərini ifadə etmişlər. Məktəblilərin ifasında doğma Azərbaycana, ulu öndərə həsr olunmuş şeirlər səslənmişdir. Muzeyin işində fəal iştirakına görə bir qrup mədəniyyət işçisinə Fəxri fərmanlar təqdim olunmuşdur. Sonra tədbir iştirakçıları üçün "Heydər Əliyev Azərbaycan muzeyləri" adlı videoçarx nümayiş olunmuşdur. Sonda Xaçmaz Dövlət Rəsm Qalereyasının təşkil etdiyi rəsm sərgisinə baxış keçirilmişdir.

Ziyafəddin BAYRAMOV,

"Respublika".