Taylandda istilərin 52°C-dən yuxarı qalxacağını proqnoz edilir
Dünya xəbərləri

Taylandda istilərin 52°C-dən yuxarı qalxacağını proqnoz edilir

Bu həftə Cənub-Şərqi Asiyanın bəzi yerlərində qeyri-adi isti hava dalğası məktəblərin bağlanmasına səbəb olub.

"Respublika" xəbər verir ki, cümə axşamı Banqkok şəhər hakimiyyət orqanları istilik indeksinin 52°C-dən yuxarı qalxacağını proqnoz ediblər.

Qeyd edək ki, şimal-şərqdə yerləşən Udon Thani əyalətinin səlahiyyətliləri də cümə axşamı günü həddindən artıq istilər barədə xəbərdarlıq ediblər.

Səhiyyə Nazirliyi çərşənbə günü axşam saatlarında bildirib ki, yanvarın 1-dən aprelin 17-dək istidən 30 nəfər ölüb.