Tərtərdə mina  partlayışı nəticəsində ölən şəxslərin kimliyi müəyyənləşib
Digər xəbərlər

Tərtərdə mina  partlayışı nəticəsində ölən şəxslərin kimliyi müəyyənləşib

Xəbər verildiyi kimi aprelin 28- Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfərin ölməsi faktına görə cinayət işi başlanıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, ilkin araşdırma zamanı partlayış nəticəsində ölən "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov 1996- il təvəllüdlü Fərid Sədiyev olması müəyyən edilib.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.