TİBB MÜƏSSİSƏLƏRİNDƏ YENİDƏNQURMA İŞLƏRİ APARILIB
Səhiyyə

TİBB MÜƏSSİSƏLƏRİNDƏ YENİDƏNQURMA İŞLƏRİ APARILIB

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və digər dövlət rəsmləri Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanada yeni yaradılan Nevrologiya və Terapiya şöbəsinin açılışında iştirak ediblər. Uşaq xəstəxanasının təcili yardım və poliklinika şöbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar. 

İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyəti sədri  Zaur Əliyev bildirib ki, həyata keçirilmiş yeniliklər vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığına xidmət edəcək. Bu gün tibbi xidmətlərin hər kəs üçün əlçatan olması Agentliyin əsas hədəflərindəndir. Təsadüfi deyil ki, açılışına qatıldığımız bu şöbələr də Agentliyin dəstəyi ilə yaradılıb. Düzgün diaqnozların təyini üçün əldə edilmiş KT (Kompüter Tomoqrafiya) və Maqnit Rezonans Tomoqrafiya (MRT) avadanlıqları ilə təminat tibbi xidmətlərin çeşidliliyinin və keyfiyyətinin artmasına xidmət edəcək.

 

Zabit XƏLİLOV,

                                         “Respublika”.