Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2334 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2334 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2334 yoluxma faktı qeydə alınıb, 2092 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 556 min 430 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 518 min 105 nəfər müalicə olunaraq sağalıb, 7 min 397 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 928 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 193, bu günə qədər isə ümumilikdə 5 milyon 334 min 410 test icra olunub.

AZƏRTAC