Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 7 yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 680 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 921 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 50 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 110, bu günə qədər isə ümumilikdə 6 milyon 858 min 298 test icra olunub.
AZƏRTAC