Türkiyə ordusu şəhid verib
Dünya xəbərləri

Türkiyə ordusu şəhid verib

"Pençe-Kilit" əməliyyat bölgəsində terror təşkilatının döşədiyi bombanın partlaması nəticəsində bir əsgər şəhid olub. 

"Respublika" "TRT HABER"- ə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən edilən açıqlamada, "Pençe-Kilit" əməliyyat bölgəsinde bölücü terror qruplaşmasın öncədən döşədiyi "EYP" tipli bombanın partlaması nəticəsində  Mühəndis Komando Komandiri Baş Çavuş Ünal Sipahinin şəhid olduğu, bir əsgərin isə yaralandığı bildirilib.

Yaralanan əsgərin dərhal xəstəxanaya sövq edilərək müalicəsinə başlandığı qeyd olunub. 

Nurcan SÜLEYMANOVA 

"Respublika"