Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş Azərbaycana və ŞKTR-na səfər edəcək
Türk dünyası

Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş Azərbaycana və ŞKTR-na səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin(TBMM) sədri Numan Kurtulmuş parlamentin spikeri seçildikdən sonra ilk xarici səfərlərini Şimali Kipr Türk Respublikasına(ŞKTR) və Azərbaycana edəcək.

“Respublika” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Parlament sədri və onu müşayiət edən nümayəndə heyəti iyulun 11-də ŞKTR-nın paytaxtı Lefkoşaya, iyulun 12-də isə Azərbaycanın paytaxtı Bakıya səfər edəcək.

Səfər proqramına əsasən spiker ilk olaraq kiprli türklərin lideri mərhum Dr.Fazil Küçük və ŞKTR-nın qurucusu Rauf Denktaşın məzarlarını ziyarət edəcək, daha sonra o, ŞKTR Prezidenti Ersin Tatar tərəfindən qəbul ediləcək.

Ayın 12-də Bakıya planlaşdırılan səfər çərçivəsində spikerin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü baş tutacaq. Bundan başqa o, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını və sonra isə Türk Şəhidliyini ziyarət edəcək. Numan Kurtulmuşun Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Baş nazir Əli Əsədovla danışıqlar aparacağı da bildirilib. Numan Kurtulmuşun Türkiyə dövlətləri Parlament Assambleyasının Baş Katibliyinə gələcəyidə də gözlənilir.

Musa Bağırlı,

“Respublika”.