Türkiyənin milli müdafiə naziri Azərbaycanın müdafiə nazirini təbrik edib
Region

Türkiyənin milli müdafiə naziri Azərbaycanın müdafiə nazirini təbrik edib

Sentyabrın 21-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Respublika"-ya verilən məlumata görə, Y.Güler antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Azərbaycanın müdafiə nazirini təbrik edib, Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu qeyd edib. Türkiyə milli müdafiə naziri şəhid olan hərbi qulluqçularımıza rəhmət diləyib, onların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralılara Allahdan şəfa diləyib.

General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə əldə edilən hərbi uğurlardan danışıb. Müdafiə naziri antiterror tədbirləri zamanı hərbçilərimizin qəhrəmanlıq, şücaət və peşəkarlığının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.