Türkiyəyə nüfuz etməyə çalışan terrorçu Suriya sərhədində saxlanılıb
Dünya xəbərləri

Türkiyəyə nüfuz etməyə çalışan terrorçu Suriya sərhədində saxlanılıb

Şanlıurfada, Suriya ilə sərhəddə Türkiyə ərazisinə daxil olmağa çalışan PKK / PYD terror təşkilatının üzvü tutulub.

“Respublika” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayaıb.

Bildirilib ki, terrorçunun Suriyadan Türkiyəyə girməyə cəhd edəcəyi məlum olduqdan sonra sərhəd xətti üzrə tədbirlər gücləndirilib. Mühafizəçilər PKK / PYD terror təşkilatının üzvü olduğu təsbit edilən terrorçunu sərhəd xəttində yaxalayıblar.  Yayılan məlumatda terrorçuya qarşı cinayət işi açıldığı da qeyd olunub.

Musa Bağırlı,

“Respublika”.