Türklərin Türkiyədən getməsini istəyirik - Suriyalı qaçqın
Digər xəbərlər

Türklərin Türkiyədən getməsini istəyirik - Suriyalı qaçqın

Sosial mediaların birində aktiv formada paylaşımlar edən suriyalı gənc türklərə qarşı nifrət nitqləri ünvanlayıb

"Respublika" Türkiyə mediasına istinadən xəbər verir ki, suriyalı qaçqın canlı yayım açaraq küçədən keçən insanlara qarşı vulqar sözlərdən istifadə edib.

"Biz istəyirik ki, türklər Türkiyəni tərk etsinlər. Allahın izni ilə belə də olacaq. Biz burada qalacağıq. Qoy biz suriyalılar burada yaşayaq” – deyə, o, bildirib.

Töhfə SƏMƏDOVA,

"Respublika".