Üç əsrin şahidi-orta məktəb
Region

Üç əsrin şahidi-orta məktəb

Kürdəmirdə üç əsrə şahidlik etmiş Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbin 125 illik yubileyi münasibətilə tədbir keçirilib. Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan tədbirdə Mərkəzi Aran Regional Təhsil idarəsinin müdiri və rayonun icra başçısı iştirak ediblər. Tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. Rayonun təhsil sektorunun müdiri Rəfael Məmmədov, məktəbin direktoru Vüqar Nəsirov və məktəbdə müəllim işləmiş ehtiyatda olan ədliyyə generel-mayoru İkram Kərimov çıxışlarında 125 yaşı tamam olan məktəbin məzunları arasında alimlər, professorlar, generallar, ictimai xadimlər yetişdiyini və onların ölkəmizin siyasi və iqtisadi böyük xidmətlər göstərdiklərini vurğulayıblar. Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və rayonun icra başçısı Elxan İbrahimov   tədbirin sonunda məktəbdə fərqlənən təhsil işçilərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim ediblər.

Tofiq HÜSEYN,

“Respublika”.