Üçtərəfli razılaşmadan ermənisayaq boyun qaçırma
Siyasət

Üçtərəfli razılaşmadan ermənisayaq boyun qaçırma

Bu il fevralın 18- Münxendəki Təhlükəsizlik Konfransından sonra Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizinin başlanğıcı sonunda, həmçinin Laçın dəhlizində buraxılış məntəqələrinin yaradılacağını bildirib.

Ölkə başçımızın bu sözləri tülkü xislətli qonşumuzu bərk narahat edib. Paşinyan yenə aranı qarışdırmağa çalışır. Görünür, Xankəndi yolundakı aksiya ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsindən rədd cavabı almaq yenə düşmənə dərs olmayıb. Beynəlxalq aləmdə rəzil vəziyyətə düşən Ermənistan geri addım atmır. Belə ki, Ermənistan tərəfi Laçın yolundan sui-istifadəyə son qoyacaq sərhəd nəzarət-buraxılış məntəqəsi təklifindən imtina edir. Məsələni Azərbaycan XİN təsdiqləyir: "Azərbaycanın təbii sərvətlərinin talanması, qanunsuz erməni silahlı qüvvələrinin rotasiyası, mina sursatların daşınması, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidi ilə bağlı Laçın yolundan sui-istifadə hallarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifinin güc tətbiqi kimi qiymətləndirilməsi bir daha göstərir ki, Ermənistan Laçın yolunda şəffaflığın təmin edilməsində maraqlı deyil". Düşmən tərəfinin yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarına son qoyacaq bu təklifdən imtinası onun etiraz aksiyalarının "blokada" "gərgin humanitar vəziyyət" yaratdığı barədə iddialarını təkrarlamaqla, yoldan 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata zidd olan qeyri-qanuni məqsədlər üçün istifadəni davam etdirmək istəyini üzə çıxarır. Paşinyanın, əslində beynəlxalq səviyyədə olan qərarları icra etməkdən boyun qaçırması bir daha onun Ermənistanın üz qarası olduğunu göstərir. Necə deyərlər, qazan qarası gedər, üz qarası getməz

Bütün bunlar kifayət deyilmiş kimi, Ermənistanın xarici işlər naziri Mirzoyan da bəyanata etiraz edib. Üzdəniraq Mirzoyan bir daha əsassız olaraq Laçın dəhlizinin blokadaya alındığını bildirib. Beynəlxalq Ədalət Məhkəməsinin cavabından sonra onun hələ eyni mövqedə çıxış etməsi Mirzoyanın uğursuz siyasətindən xəbər verir. Ermənistan xarici işlər naziri, həmçinin Laçın dəhlizinin Qarabağı Ermənistan dünya ilə birləşdirən yeganə yol olduğunu, Qarabağdakı ermənilərin "təcrid" edildiyi yalanını da səsləndirib. Şübhəsiz, bunların hər birisi yalandır. Çünki bu il yanvarın 23- ABŞ dövlət katibi Blinkenlə telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası qanunları əsasında təmin olunacağını açıq şəkildə bəyan etmişdir. Sərhəd-keçid məntəqələrinin yaradılması ilə razılaşan erməni politoloq Artur Xaçikyan isə Paşinyan hakimiyyətinin siyasi kursunu tənqid edib. Xaçikyan, həmçinin ölkə başçımızın bəyanatını təsdiqləyərək Laçın yolunda sərhəd-keçid gömrük məntəqələrinin quraşdırılması ilə bağlı yeni razılaşmanın mümkün olduğunu bildirib. Xaçikyan Ermənistan baş nazirinin üçtərəfli razılaşmadan boyun qaçırmasının onun siyasi gücünü daha da azaltdığını qeyd edib. Beləliklə, Paşinyanın zəif idarəçilik qabiliyyəti yerli politoloqlar tərəfindən dəstəklənməməklə bir daha öz təsdiqini tapır.

Nəzrin ELDARQIZI,

"Respublika".