Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər
Region

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər

Respublika Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023- il "Heydər Əliyev ili" elan olunmuşdur. Bununla bağlı bütün bölgələrdə, rayonlarda kollektivlərdə geniş konfranslar keçirilir. Tədbir iştirakçıları tərəfindən ümummilli liderin abidəsi ziyarət olunur, önünə tər güllər düzülür xalqa bəxş olunan əvəzsiz fəaliyyəti barədə dəyərli fikirlər bildirilir.

AĞSU

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə  "Heydər Əliyev Azərbaycanda milli intibah dövrü" "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" mövzularında keçirilən toplantıda Milli Məclisin deputatları Tahir Kərimli, Novruzəli Aslanov, İqbal Məmmədov, Sabir Hacıyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Xalq artisti, şəhid atası Əli Nuruzadə, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları, rayon ağsaqqalları, ziyalıları ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmasını Azərbaycan tarixində əlamətdar hadisə kimi qiymətləndirib. Bu yubileyin mühüm cəhəti ondan ibarətdir ki, ulu öndərin şəxsində həm Azərbaycanın dünənini, bu gününü, əsası isə sabahını bir daha təhlil edirik. Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə birləşdirməklə, sözün əsl mənasında, milli intibah dövrü kimi xarakterizə olunur

Çıxışlarda o da vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezident cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb.

MİNGƏÇEVİR

Şəhər Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  "Azərbaycanın Dövlət Müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" mövzusunda konfrans keçirilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, qonaqlar iştirakçılar  Heydər Əliyev Mərkəzi qarşısında  ucaldılmış ulu öndərin əzəmətli abidəsi önünə tər gül dəstələri qoyaraq böyük ehtiramla yad etmişlər.

Sonra nəzərdə tutulmuş proqrama uyğun Heydər Əliyev Mərkəzinin akt zalında konfrans öz işinə başlamışdır. İştirakçılar  ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, torpaqlarımızın  ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz  xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Dövlət Himni səsləndirilmişdir. "Heydər Əliyev Müstəqil Azərbaycanın memarı" filmi nümayiş olunmuşdur. Konfransda  çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ümummilli lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün ayrı-ayrı məqamlarına toxunmuş, həmin dövrdə Azərbaycanın kənd təsərrüfatı sistemindən yüksək sənaye, sosial, iqtisadi inkişaf mərhələsinə çatdığını vurğulamışdır. Ulu öndərin Azərbaycanın xilaskarı, qurucusu, memarı kimi tarixə düşdüyünü bu günkü müstəqil Azərbaycanın inkişafında xüsusi rolu olduğunu bir daha diqqətə çatdırmışdır.

Konfransda Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Qarabağ irsini araşdırma mərkəzi"nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov, həmin Akademiyanın baş müəllimi, Bakı politoloqlar klubunun sədri, politoloq Zaur Məmmədov, MDU-nun Təhsil fakültəsinin dekan müavini, filologiya elmləri doktoru Flora Namazova geniş məruzələrlə çıxış etmişlər.

Məruzlələr diqqətlə dinlənilmiş sürəkli alqışlarla qarşılanmışdır.

XOCAVƏND

Keçmiş məcburi köçkünlər üçün salınmış qəsəbəsdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" adlı tədbir keçirilib. Mədəniyyət evində keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Bu gün Azərbaycan dünyada sürətlə dinamik inkişaf edən dövlətlərdən biridir, ölkəmizin iqtisadi qüdrətinin artması, müstəqil siyasət yeritməsi dayanıqlı xarakter alıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusunun qətiyyəti sayəsində İkinci Qarabağ müharibəsində qazanılmış parlaq qələbə milli birliyin təcəssümüdür.

Milli Məclisin deputatı Elman Məmmədov çıxışında deyib ki, beynəlxalq nüfuzu getdikcə artan Azərbaycanda qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

QƏBƏLƏ

Konfrans iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz  xatirəsinə böyük hörmət ehtiramlarını bildiriblər.

Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ulu öndərin Azərbaycan dövlətçiliyini xaos böhrandan çıxardığını, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirdiyini qeyd edib. Dahi rəhbərin dövlətçiliyə hədsiz sədaqəti ilə indiki gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi yaratdığını, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən irs, siyasi məktəb miras qoyduğunu bildirib. Çıxış edənlər ümummilli liderin ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın islahatların banisi olduğundan  danışıblar.

Sonda "Heydər Əliyev Azərbaycanda milli intibah dövrü" adlı videoçarx nümayiş olunub.

BALAKƏN

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev məruzə ilə çıxış edərək bildirib ki, ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqının, ölkəmizin inkişafı üçün çalışıb. O, bütün ömrünü öz varlığı qədər sevdiyi Azərbaycan xalqına, onun inkişafına, dünya xalqları arasında layiqli yer tutmasına həsr edib. İki fərqli ictimai quruluşda Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev dövrün şərtlərinin, sistemlərin fərqli olmasına baxmayaraq, xalqımızı böyük bəlalardan xilas edib, ölkəmizi inamla irəli aparıb.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev, YAP Balakən rayon təşkilatı Qadınlar Şurasının sədri Züleyxa Dibirova Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramazan Xutra çıxış edərək, ümummilli lider Heydər Əliyevin Vətən xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıblar.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.

"Respublika".