UNICEF: Avropa İttifaqında yaşayan hər dörd uşaqdan biri yoxsulluq və sosial təcridlə üz-üzədir
Dünya xəbərləri

UNICEF: Avropa İttifaqında yaşayan hər dörd uşaqdan biri yoxsulluq və sosial təcridlə üz-üzədir

Avropa İttifaqında (Aİ) yaşayan hər dörd uşaqdan biri yoxsulluq və sosial təcridlə üz-üzədir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) hazırladığı "Avropa İttifaqında uşaqların vəziyyəti" adlı hesabatda qeyd olunub. Hesabatda bildirilib ki, bu rəqəm 2019-cu ildən bu yana risk altında olan uşaqların sayının təxminən bir milyon artığını göstərir. Sənədə əsasən, 2015-2019-cu illər arasında yoxsulluq riskinin 3,1 faiz azalmasına baxmayaraq rəqəmlər COVID-19 pandemiyası və inflyasiya da daxil olmaqla digər iqtisadi problemlərdən sonra təkrar artıb. Hesabatda UNICEF mənəvi sağlamlıq problemləri, ətraf mühit və rəqəmsal dəyişikləri Avropada uşaqların üzləşdiyi əsas problemlər kimi qeyd edir.

"Avropa İttifaqı dünyanın ən perspektivli regionlarından biri olmasına baxmayaraq yüksək dərəcədə yoxsulluq və sosial təcrid, mənəvi sağlamlıq problemləri, çirklənmə və çoxsaylı onlayn risklər milyonlarla uşağı imkanlardan məhrum edir və Aİ-nin gənc nəslinin potensialını təhlükə altına alır", - deyə UNICEF-in Avropa İnstitutları üzlə nümayəndəsi Bertrand Bainvel hesabatda qeyd edir.