USAID-in qərəzli mövqeyinin arxasında nə dayanır?
Digər xəbərlər

USAID-in qərəzli mövqeyinin arxasında nə dayanır?

Gürcüstan DTX bu ölkədə hökumətin devrilməsi prosesində həlledici rol oynamalı olan mülki fəalların böyük bir qrupu üçün təlimlərin keçirilməsinə, Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına ABŞ tərəfindən vəsaitin ayrıldığı barədə məlumat yayıb. Gürcüstanda baş vermiş qalmaqal ilk hal deyil. Bu gün Gürcüstanın üzləşdiyi problemləri Azərbaycan çoxdan yaşayıb.

Bu barədə politoloq Samir Hümbətov bildirir ki, Amerikaya məxsus olan Beynəlxalq İnkişaf Agentliyi adı altında USAID-ın fəaliyyətində biz gördük ki, bu təşkilat, Amerikanın pərdə arxasında bir gücü olaraq dünyanın müxtəlif regionlarında, müxtəlif ölkələrində fərqli qruplar vasitəsilə özünün maraqlarını və siyasi ambisiyalarını gerçəkləşdirməyə çalışır.  2000-ci illərin əvvəlində bunu biz Azərbaycanda da gördük. İndi isə tam olaraq görünür ki, bunu Gürcüstan üzərindən həyata keçirməyə çalışırlar və bu gün də bu maraqdadırlar. Amma nəzərə almaq lazımdır ki, Gürcüstanın daxilində bu gün də qeyri-sabit vəziyyət davam edir. Bu isə o deməkdir ki, istər Gürcüstanın daxilində, istər digər regionlarda, bu təşkilat vasitəsilə Amerika özünəməxsus siyasət yürütməyə və özünün maraqlarına xidmət edən şəxslərin, qrupların hakimiyyət başına gətirilməsinə çalışır. Əlbəttə ki, burada yerli xalqların, dövlətlərin maraqları qətiyyən nəzərə alınmır. Yəni Amerikanın maraqları təmin olunursa, artıq onun üçün maraqlı deyil ki, xalq, dövlət, millət onu istəyir, yoxsa yox. O baxımdan düşünürəm ki, təkcə Gürcüstanda deyil, elə 2018-ci ildə Ermənistanda da bu addımı atmışlar. Bu gün dünyanın bir çox bölgələrində demokratiya adı altında apardıqları siyasi şounun, siyasi kampaniyanın da arxasında məhz bu kimi qurumlar dayanır. Əgər Amerika bu cür saxta demokratik şou yaradan qurumlara, dövlətlərə qarşı təxribat törətsə bu onun özünün siyasi imkanlarının müxtəlif bölgələrdə tamamilə azalmasına gətirib çıxaracaq. O baxımdan, bu cür qurumlar Azərbaycan kimi dövlətlərin siyasi iradəsinə, xalqın, dövlətin bütövlüyünə, cəmiyyətin dövlətlə, xalqla, ordu ilə birliyinə xələl gətirə bilməzlər.

Samir Hümbətov,

politoloq.