Vaşinqtonda önəmli danışıqlar
Digər xəbərlər

Vaşinqtonda önəmli danışıqlar

Dövlət başçısı İlham Əliyev fevralın 18- Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda maraqlı bir ifadə işlətmişdi ki, hər kimsə bu iki ölkənin razılığa gəlməsinə kömək edərsə, çempion medalını qazanacaqdır.

Hər iki ölkə nümayəndələri dəfələrlə müxtəlif platformalarda görüşlər keçirsə yekun olaraq sülh müqaviləsi hələ imzalanmayıb.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında bir neçə gün davam edəcək görüşü təhlil edən politoloq Zaur Məmmədov Vaşinqton danışıqlarının yüksək əhəmiyyət kəsb etdiyini bu masada hansı məsələlərin müzakirə olunacağı ehtimallarını açıqlayıb.

"Azərbaycan Ermənistan xarici işlər nazirləri arasında çox vacib bir görüş keçirilməkdədir. Elə görüşün bir neçə gün davam etməsi ondan xəbər verir ki, artıq ABŞ da bu görüşdə yekun nəticə əldə etmək istəyir. Bundan əvvəl Ermənistan qərb platformasında Azərbaycanla müəyyən fikir ortaqlığına gəlirdi. Lakin İrəvana qayıdandan sonra yeni istəklərini bildirdilər. Müəyyən qüvvələr bu danışıqlar prosesinə mane oldu. Ona görə bu dəfə görüş Vaşinqtondan ayrılmadan bir neçə gün davam edəcək. Söhbət həm ondan gedir ki, sülh müqaviləsindən əvvəl Bakı İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı razılaşma əldə edilsin. Bu, ilkin sülh müqaviləsinə qədərki yol xəritəsi kimi başa düşülə bilər".

 Siyasi şərhçi hesab edir ki, iki ölkə arasında ərazi bütövlüyü ilə bağlı məsələdə razılaşma var: "Ermənistan bağlı qapılar arxasında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Lakin belə düşünürəm ki, İrəvan rəhbərliyi danışıqlarda sülh müqaviləsinə lazımsız əlavələr etmək istəyir. Buraya beynəlxalq missiya digər məsələlər daxildir ki, bir neçə gün ərzində həmin nüanslar müzakirə predmeti olacaqdır. Əlbəttə ki, Azərbaycan Ermənistan arasında normallaşmadan söhbət gedirsə burada mina xəritələrinin qaytarılması çox vacib məsələlərdən biridir. Bununla paralel olaraq eyni zamanda qarşı tərəf şərti sərhəddə törətdiyi təxribatlardan əl çəkməyi öhdəsinə götürməlidir", - deyərək politoloq vurğulayıb

Aprel ayında Laçın rayonunun Ermənistanla sərhəd hissəsində nəzarət-buraxılış məntəqəsinin (NBM) qurulmasından söhbət açan Zaur Məmmədov bunu Azərbaycanın tarixi qələbəsi adlandırıb bundan sonrakı proseslərə böyük təkan verə biləcəyini qeyd edib.

Bildirilib ki, növbəti hədəf Qarabağ erməniləri olacaqdır. Belə ki, separatçı qurumun müxtəlif institutlarının ləğv edilməsi qondarma dövlətin nümayəndələrinin bölgədən çıxarılmasına nail olmaq əsas məqsəddir. Bunun üçün ilkin mərhələdə erməni hərbi birləşmələri Qarabağı tərk etməlidirlər. Yəni "özünümüdafiə korpusu" yola salınmalıdır. Ondan sonra isə artıq reinteqrasiyada ciddi şəkildə irəliləyişlər ola bilər. Laçın yolu vasitəsilə kimsə Azərbaycanı tərk etmək istəyirsə buyursun. Amma kimsə ölkəmizə gəlmək istəyirsə o reinteqrasiyanı qəbul etməlidir. inqetrasiya məsələsində Azərbaycan dövlətinin ona verdiyi şansdan ya istifadə etməli, ya da bundan imtina edərək bura daxil olmamalıdır. NBM qoyulması dünya birliyinin bu məsələdə susqunluq nümayiş etdirməsi onu göstərir ki, Azərbaycan çox lazımi vaxtda məqamda vacib işi həyata keçirdi. Laçın-Xankəndi yolu üzərində NBM yarıdılması böyük tarixi qələbəmizdir. Qeyd etmək lazımdır ki, cənab Prezidentin çox incə, məharətli siyasəti nəticəsində Rusiya ABŞ tərəfi başa düşmüş oldu ki, bu məsələdə rəsmi Bakı prinsipial mövqeyindən geri dönməyəcək.

Musa BAĞIRLI,

"Respublika".