Veteran idmançılarımız Vətənə qayıdıblar
İdman

Veteran idmançılarımız Vətənə qayıdıblar

Finlandiyanın Tampere şəhərində keçirilən veteranların Avropa Oyunlarında ölkəmizi uğurla təmsil etmiş idmançılarımız Vətənə qayıdıblar.

"Respublika" xəbər verir ki, veteran atletlərimiz yarışı 2 qızıl və 4 gümüş medalla başa vurublar.

Sadıq Sadıqov 65 yaşlı kişilərin yarışında 1500 metr məsafəyə qaçışda qızıl, 400 və 800 metrdə isə gümüş medal qazanıb. Qırx beş yaşlı idmançıların mübarizəsində Faiq Bağırov 10 kilometr məsafəyə idman yerişində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. F.Bağırov uzunluğa tullanma yarışında isə ikinci olub. Tamilla Bünyadova qadınlar arasında 65 yaş kateqoriyasında nizə atma yarışında gümüş medala sahib çıxıb.