Avropa çempionatı: Azərbaycan U-17 millisinin seçmə mərhələ üçün ilkin heyəti açıqlanıb
İdman

Avropa çempionatı: Azərbaycan U-17 millisinin seçmə mərhələ üçün ilkin heyəti açıqlanıb

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Serbiyada keçirəcəyi oyunlar üçün ilkin heyəti açıqlanıb.

"Respublika" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 9-dan 11-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Həmin hazırlıq prosesindən sonra Serbiyaya gedəcək yekun heyət müəyyənləşəcək.

U-17 millisinin heyəti: Ayxan Abbaszadə (“Turan Tovuz”), Həbib Hüşənov (“Qəbələ”), Ayxan Əlizadə (“Sabah”), Məsud Əlişanlı (“EFA”), Əhməd Tarverdiyev (“Sabah”), Səmid Əhmədov (“Qəbələ”), Əli Nəbizadə (“Neftçi”), Vüsal Paşayev (“Sumqayıt”), Nadir Orucov (“Sumqayıt”), Rəşad Alışov (“Sabah”), Tuncay Əhmədov (“Sabah”), Əkbər Məhərrəmov (“Sabah”), Ömər Kərimov (“Qəbələ”), Əmir Əliyev (“Sabah”), Babamirzə Mehdiyev (“Sabah”), Elton Babazadə (“Qarabağ”), Ziya Şəkərxanov (“Qəbələ”), Emin Feyzullayev (“Sabah”), Həsən Nəzərli (“Ankaragücü” (Türkiyə), Hikmət Cəbrayilzadə (“Qarabağ”), Amid Qasımov (“Qarabağ”), Ümid Səlimov (“Sabah”), Röyal Fərzullazadə (“Neftçi”), Həbib Qədimov (“Qarabağ”)

Azərbaycan millisinin oyunlarının təqvimi

21 oktyabr

19:00. Serbiya – Azərbaycan

24 oktyabr

14:00. Sloveniya – Azərbaycan

27 oktyabr

16:00. Azərbaycan – Lüksemburq