Xalq-iqtidar birliyi əbədidir
MÜSAHİBƏLƏR

Xalq-iqtidar birliyi əbədidir

Şanlı Qələbəmizdən 2 ildən çox keçməsinə baxmayaraq, xalqımızın vətənpərvərlik ruhu gündən-günə artır. Zəfər tariximiz haqqında yazılmış mahnılar, çəkilmiş qısametrajlı filmlər bunu deməyə əsas verir. 30 illik əsarətin qisası 44 gündə alındı.

Politoloq Ramiz Alıyev bildirir ki, 44 günlük Vətən müharibəsi Azərbaycan dövləti xalqı üçün bir sınaq idi. Həmin dövrdə biz həm torpaqlarımızın işğaldan azad edilməsi, həm xalq-dövlət birliyinə əngəl yarada biləcək qüvvələrlə, eyni zamanda ölkə daxilində müəyyən terror aktlarının baş verməməsi üçün mübarizə aparırdıq: "90- illərdə Azərbaycan torpaqları erməni hərbi birləşmələri tərəfindən işğal olunanda həmin dövrdə indiki kimi, xalq-dövlət birliyi yox idi. Qarabağ bölgəsində müharibə gedir, torpaqlarımız kəndbəkənd, rayonbarayon işğal altına düşür, buna baxmayaraq, Bakıda isə hakimiyyət uğrunda savaş gedirdi. Hər bir vəzifəli şəxsin özünə görə adamı, ordusu var idi buna görə kim hakimiyyətdə yaxşı post tuta bilmirdisə, özünə aid olan hərbçiləri, müəyyən qrupları geri çəkirdi. Yəni xalq, vətən uğrunda döyüşmək anlayışı yox idi.

Əlbəttə, həmin vaxtlarda igid əsgərlərimiz, komandirlərimiz var idi ki, onlar öz canları bahasına olsa da torpaqlarımız uğrunda savaşıb, qəhrəmanlıq göstərirdilər. Təəssüflər olsun ki, həmin dövrdə hakimiyyət savaşları xalqımızda məyusluq yaradırdı. Ulu Öndər Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra atəşkəs elan edildi bundan sonra Azərbaycanın güclənməsi prosesi başladı. Bu proseslərin uğurla inkişaf etməsi nəticəsində, əlbəttə ki, istər 2016- il Aprel döyüşlərində, istərsə 2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycan düşmənə adekvat cavab verdi. Bizim igid əsgərlərimiz Müzəffər Ali Baş Komandanımızın əmri rəhbərliyi ilə döyüşə atılaraq, erməni hərbi birləşmələri onun havadarlarının dəstəyi ilə 4 ilə işğal edilmiş ərazilərimizi 44 günə geri qaytara bildi. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmiş oldu. Bu proseslərdə Azərbaycan dövləti ilə xalqı, ordusu birlik nümayiş etdirdi.

Bizim mülki vətəndaşlarımıza edilən terror aktları, Gəncə, Bərdə, Tərtər kimi böyük şəhərlərimizə atılmış hərbi ballistik raketlər nəticəsində çoxsaylı insanımızı itirdik. Həmin vaxt həlak olanların ən yaxınları, doğmaları çıxış edərək deyirdilər ki, olursa-olsun biz öz torpaqlarımızda qalacağıq, son nəfərimizə qədər ölsək, həlak olsaq da evlərimizi tərk etməyəcəyik, torpaqlarımız azad olana qədər mübarizəmiz davam edəcək. Ermənistanda isə xalqla hakimiyyət arasında savaş gedirdi. Əhali haqlı olaraq dövlətindən Azərbaycan torpağında vuruşmalarının, övladlarının orada şəhid olmalarının haqq-hesabını sorurdu. Azərbaycan xalqı isə bunun əksinə, haqlı olaraq öz torpaqlarında vuruşurdu oranı azad etdi. Bütün bunların əsasında isə azərbaycançılıq ideologiyası dayanır. 1993- ildən başlayaraq ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycançılıq ideologiyası formalaşmağa başladı. 2003- ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Prezident seçilməsi bu proses daha da sürətləndi. Bunun nəticəsi elə odur ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə ömürlərində heç zaman həmin əraziləri görməyən gənclər öz ata-baba torpaqlarını düşmən işğalından azad etdi. O gənclər indi həmin əraziləri bərpa edirlər. Bunların hamısı ideologiyamızın düzgün qurulmasının, inkişaf etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycan əhalisi yekdilliklə bir söz deyir: Hər birimiz cənab Prezidentin yanında, ətrafındayıq.

Müharibə zamanı Prezident İlham Əliyev hər gün xalqımıza qələbə xəbərlərini verirdi, buna görə vətəndaşların ona sevgisi birə-min artdı. Bütün dost ölkələrin rəhbərləri, Avropa liderləri etiraf edir ki, Prezident İlham Əliyevin sözü imzası qədər dəyərli etibarlıdır. Cənab Prezident deyirsə, onu da edir. Bununla da xalqının inamını doğruldur. Azərbaycan xalqı hər zaman öz Prezidentinin yanındadır

Töhfə SƏMƏDOVA,

"Respublika".