Arif Quluzadə:
MÜSAHİBƏLƏR

Arif Quluzadə: "Tələblərimiz tam yerinə yetirilmədiyi təqdirdə yenidən aksiyaya başlaya bilərik"

Aprelin 23- Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi quruldu. Bu gün dövlət nümayəndələri ilə olan danışıqlarımıza əsasən aksiyamızı müvəqqəti dayandırmaq barədə qərar qəbul edildi. Ekoloji aksiyamız 138 gün idi ki, davam edirdi.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə məxsusi müsahibəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının əməkdaşı Arif Quluzadə deyib.

"Bu qərar aksiya iştirakçıları ilə birgə məsləhətləşmədən sonra verildi. Bir daha bəyan edirik ki, bizim tələblərimiz qismən yerinə yetirilib. Tələblərimiz tam yerinə yetirilmədiyi təqdirdə biz aksiyanı yenidən başlada bilərik", - deyə o əlavə edib.