XİN: Fransanın Cənubi Qafqazda mənfur neokolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir
Məlumat

XİN: Fransanın Cənubi Qafqazda mənfur neokolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir

Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neokolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması, Azərbaycan Ermənistan məsələsində xritstianlıq faktorunu qabartması və keçmiş münaqişəyə din amili ilə yanaşması təhlükəli və qəbuledilməzdir.

"Respublika" xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makronun TF1 və “France 2” kanallarına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.