Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xankəndidə də fəaliyyət göstərir
Sosial həyat

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xankəndidə də fəaliyyət göstərir

Artıq Xankəndi və Qarabağın yeni azad edilmiş ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi istifadəyə verilib. Hazırda həmin bölgədə "AzStateNet" şəbəkəsinin qurulması istiqamətində hazırlıq işləri davam etdirilir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq, dövlət orqanlarını fasiləsiz və təhlükəsiz şəkildə xüsusi təyinatlı rabitə ilə təmin edir.

Xatırladaq ki, XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu "AzStateNet" şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.

Ramidə YAQUBQIZI,

"Respublika".