Yanvar-may aylarında dövlət büdcəsinə ödəmələr artıb
Digər xəbərlər

Yanvar-may aylarında dövlət büdcəsinə ödəmələr artıb

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-may ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 61,2 milyon manat vəsait ödənilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir.

21 iyun ƏMDX-dən xəbər verilir ki, Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-may ayları ərzində 24 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmləri, 9 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 233 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 5 ayı ərzində  hərraca çıxarılmış dövlət əmlakı üzrə 135 elektron sifariş qəbul olunub, hərraclarda iştirak etmək üçün “Elektron hərrac” proqram təminatı vasitəsilə 28 onlayn qoşulma reallaşıb.

Cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 47,2 milyon manat təşkil edib və 5 aylıq proqnoz 112,6 faiz icra olunub. Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb.

“Respublika”.