Yaponiyalı beysbolçu idman tarixində rekord müqavilə imzalayıb
İdman

Yaponiyalı beysbolçu idman tarixində rekord müqavilə imzalayıb

Yapon beysbolçusu Şohei Ohtani Böyük Beysbol Liqasının (MLB) Los Angeles Dodgers komandası ilə on illik müqavilə imzalayıb.

“Respublika” xarici KİV-ə istinadən xəbər verir ki, müqavilənin məbləği 700 milyon dollar təşkil edəcək.

29 yaşlı yapon beysbolçunun müqaviləsi dünya idmanı tarixində ən böyük müqavilə olub. Bundan əvvəlki rekord 2020-ci ilin iyulunda Amerika futbolunda qeydə alınıb. Sonra Patrick Mahomes “Kanzas Siti” komandası ilə 503 milyon dollar dəyərində on illik müqavilə imzaladı.

Şohei Ohtani əvvəllər “Los Angeles Angels”da oynayıb, oradan 2023-cü ildə azad agent kimi ayrılıb. O, üç dəfə MLB All-Star və iki dəfə Amerika Liqasının Ən Dəyərli Oyunçusu olub.

“ESPN” xəbər verir ki, bu il Yaponiya milli komandasının tərkibində Ohtani Dünya Beysbol Liqasının qalibi olub.