İstanbulda qitələrarası üzgüçülük yarışı keçirilib
İdman

İstanbulda qitələrarası üzgüçülük yarışı keçirilib

Türkiyənin İstanbul şəhəri 35-ci dəfə Samsunq Boğaziçi qitələrarası üzgüçülük yarışına ev sahibliyi edib.

"Respublika" Anadolu Agentliyinə istinadən xəbər veir ki, 70-dən çox ölkədən 2600-dən çox idmançı 6,5 kilometrlik məsafədə yarışıb.

Bildirilib ki, kişilərin ümumi kateqoriyasında Doğukan Ulac 41 dəqiqə 22 saniyə nəticə ilə birinci olub. Kerem Hosgor 43 dəqiqə 31 saniyə ilə ikinci, Halil Şensoy isə 43 dəqiqə 44 saniyə ilə üçüncü olub. Qadınların ümumi kateqoriyasında Burcunaz Narin 42 dəqiqə 54 saniyə ilə birinci, Hilal Zeyneb Sarac 43 dəqiqə 59 saniyə ilə ikinci, Ada Liza Çelik isə 44 dəqiqə 17 saniyə ilə üçüncü yeri tutub.

Qeyd edək ki, yarış ilk dəfə Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən 23 iyul 1989-cu ildə Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi və 68 üzgüçünün iştirakı ilə təşkil olunub.

Töhfə SƏMƏDOVA.

"Respublika".