“Qarabağ” komandası Şahruddin Məhəmmədəliyevlə vidalaşıb
İdman

“Qarabağ” komandası Şahruddin Məhəmmədəliyevlə vidalaşıb

“Qarabağ” komandası qapıçı Şahruddin Məhəmmədəliyevlə yollarını ayırıb.

"Respublika" xəbər verir ki, bununla bağlı klubun rəsmi feysbuk səhifəsində “Təşəkkürlər, Şah” yazılı videoçarx paylaşılıb. 

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən 29 yaşlı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə “Adana Demirspor” klubunda davam etdirəcək.